- Baxış sayı: 53
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 385
- Noyabr 09, 2026
- 0

Avropa dərəcəli hakimlərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişi həndbolçuların Çağırış kubokunun 1/4 finalına dəvət alıblar.
Allsport.az saytı xəbər verir ki, referilərimiz martın 24-də Yunanıstanın “AEK Athens” və Lüksemburqun “Berçem” komandaları arasındakı matçı idarə edəcəklər.
Yunanıstanda baş tutacaq ilk görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi bolqarıstanlı Andrey Andreev olacaq.