Veteran cüdoçularımız dünya çempionatında iştirak edəcəklər

Sabah Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı start götürəcək.

Allsport.az xəbər verir ki, Azərbaycanı yarışda 16 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Vüsal Cəfərov, Mübariz Cəfərov, Fərhad Cəfərli, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), Azər Əsgərov, Seyfəl Əsgərov, İmran İmanov, Tural Səfquliyev (100 kq), Yəmən Fətiyev, İntiqam Ələkbərov və Ayaz Umudəliyev (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir oktyabrın 24-dək davam edəcək.

Həmin kateqoriyadan