Veteran cüdoçularımız dünya çempionatında iştirak edirlər

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, Azərbaycanı yarışda 15 cüdoçu təmsil edir. Kişilər arasında Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Vüsal Cəfərov, Mübariz Cəfərov, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), Azər Əsgərov, Seyfəl Əsgərov, İmran İmanov, Tural Səfquliyev (100 kq), Yəmən Fətiyev, İntiqam Ələkbərov və Ayaz Umudəliyev (+100 kq) medallar uğrunda mübarizə aparırlar.

Yarışa oktyabrın 24-də yekun vurulacaq.

Həmin kateqoriyadan