Veteran cüdoçularımızdan 4 medal

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə bizdən yenə medal olub.

Babək Hacıyev (M-4; 60 kq) bütün görüşlərini qələbə ilə başa vurub. Mübariz Cəfərov (M-5; 81 kq) 2-ci, Müşfiq Cəfərov (M-5; 73 kq) və Azər Əsgərov (M-5; 100 kq) 3-cü yer tutublar.

Ayaz Umudəliyev (M-3; +100 kq) 4-cü, Mahir Ağamirzəyev (M-3; 90 kq) və Yəmən Fətiyev (M-5; 100 kq) 5-ci olublar.

Dünən Tural Səfquliyev (M-1; 100 kq) bürünc mükafat qazanmışdı.

Həmin kateqoriyadan