Veteran cüdoçularımızdan 5 medal  

Latviyanın paytaxtı Riqa şəhərində veteran cüdoçular arasında Avropa kuboku keçirilib.

Allsport.az xəbər verir ki, yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Komandanın heyətində İmran İmanov (M-1, 100 kq) və Zaur Bağırov (M-4, +100 kq) 1-ci, Nazim Əliyev (M-7, 90 kq) 2-ci, Vüqar Əliyevlə (M-2, 81 kq) Mahir Ağamirzəyev (M-4, 90 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan yığması medal əyarına görə ümumi hesabda Avropa kubokunu 3-cü pillədə başa vurub.

Həmin kateqoriyadan