Volqoqraddan 5 medalla

Rusiyanın Volqoqrad şəhərində Olimpiya çempionu Yelena Slesarenko şərəfinə yeniyetmələr arasında atletika üzrə 21-ci beynəlxalq turnirdə Azərbaycan idmançıları beş medal qazanıblar. Allsport.az xəbər verir ki, turnirdə baş məşqçi Nazim İsrafilov və məşqçi Aqil Paşayevin rəhbərliyi altında 9 atletimiz iştirak edib.

Yarışda 60 metr məsafəyə qaçış yarışlarında Vaqif Bağırov, Yelena Textereva və üçtəkanla tullanmada Yadulla İbrahimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Uzunluğa tullanma yarışlarında Rüstəm Şükürov və üç təkanla tullanmada Səid Nəcəfzadə gümüş medala sahib olublar.

Həmin kateqoriyadan