Vüqar Məmməd: Taktiki baxımdan düzgün oynadıq

Viktor Bannikov beynəlxalq turnirində Litva yığması ilə keçirilmiş oyundan sonra U-17-nin baş məşqçisi Vüqar Məmməd açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Daha öncə dediyim kimi, oyundan oyuna komanda yüksəlişdədi. Litva yığması kollektiv olaraq çox güclü müdafiə olunan komanda idi. Turnirdə keçirdikləri 3 oyunda qapılarından cəmi 2 qol buraxmışdılar.

Bu oyunda taktiki gedişlərdən əlavə, futbolçulardan tələbimiz o idi ki, yaxşı oyun nümayiş etdirib qələbə qazansınlar. Taktiki baxımdan düzgün oynayaraq, qələbə qazanmağı bacardıq”.

Həmin kateqoriyadan