- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” evdə “Dila”nı qəbul edib və 0:2 hesabı ilə uduzub.
Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. 27 yaşlı oyunçu 90+2 dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Telavi” hazırda 6 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.