- Baxış sayı: 40
- 05 May 2024 21:00
- Baxış sayı: 92
- May 03, 2024
- 0
Özbəkistanın paytaxtı Daşkənddə cüdoçuların qran-prisinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə millimiz hesabına bir medal yazdırıb.
60 kq-da Vüqar Şirinli finala qədər Tacikistan və Özbəkistan təmsilçilərinə qalib gəlib. O, həlledici görüşdə rusiyalı İslam Yaşuyev üzərində qələbə qazanaraq 1-ci olub.
27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.
Xatırladaq ki, mükafat yarışlarında ilk 7 yeri tutanlar müvafiq olaraq 700, 490, 350 (3), 252 (5), 182 (7) xal qazanırlar.