“World Masters” turnirinə uğurla başladıq

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 2 üzvü tatami üzərinə çıxıb.

Orxan Səfərov (60 kq) 1/4 finalda türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən təmsilçimiz, həlledici görüşdə daha bir fransalı  – Vinsent Limareni üstələyib, qızıl medala sahib olub.

Nicat Şıxəlizadə (66 kq) ilk görüşdə italiyalı Fabio Basileni saradan çıxarıb. 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. O bu mərhələdə ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə portuqaliyalı Sergiu Oleinikə qalib gəlib.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan