Xaçmazda məşqçilər və cüdoçular üçün seminar

Xaçmaz olimpiya idman kompleksində şimal bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, məşğələni ACF-in prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, “A” dərəcəli beynəlxalq hakim Valeh Məhərrəmov, “B” kateqoriyalı beynəlxalq referilər Arzu AcalovaAkif Tahirov tərəfindən keçirilib.

Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin kateqoriyadan