Xaçmazda region birinciliyi

Cüdo federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə bölgələrdə yeniyetmələrin yarışlarə davam edir. Allsport.az saytı xəbər verir ki, Göygöl, Naftalan, Mingəçevir, Şamaxıdan sonra növbəti birincilik Xaçmaz şəhərində baş tutub. “Şimal-Şərq” bölgəsi üzrə çempionatda Qusar, Xaçmaz, Abşeron, Şabran, Xızı, Quba və Siyəzəndən olan 200-ə yaxın idmançı mübarizə aparıb. İki yaş qrupunda keçirilən region birinciliyinin qaliblərinə medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Qalibləri sizə təqdim edirik:

Oğlanlar: U-15
-30 kg Xudaverdiyev Kamil
-34 kg Əzizov Famil
-38 kg Sultanlı Nihad
-42 kg Məmmədov Xalid
-46 kg İsgəndərzadə Səməd
-50 kg Əliyev Nadir
-55 kg Səttarov Mehdi
-60 kg Vəliyev Rasim
-66 kg Mustafayev Əli
-73 kg Əliyev Sənan

Qızlar
-36 kg Fəttahova Ləman

Oğlanlar: U-18
-46 kg Həsəsnov Emin
-50 kg Əliyev Murad
-55 kg Əhmədov Qaçay
-60 kg Mirzəyev Rauf
-66 kg Ramazanov Ərəbxan
-73 kg Nuriyev Yaşar
-81 kg Abdullayev Camal
-90 kg Quliyev Sefa
+90 kg Ömərov İbrahimxəlil

Qızlar
-44 kg Quliyeva Təranə
-52 kg Quliyeva Nuray

Həmin kateqoriyadan