Xankəndi – Bakı marafonunun 2-ci mərhələsi

“İdman həftəsi” çərçivəsində martın 1-də “Qürurla irəli!” şüarı ilə Xankəndi – Bakı ultra marafonunun 2-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, 36 nəfərin iştirakı ilə Yevlax şəhərindən start götürən ikinci mərhələ 84 km məsafəni əhatə edərək Ucar şəhərində başa çatıb.

Finişə çatan 21 nəfər arasında Ağa Əliyev 1-ci, Elmir Əskərov 2-ci, Artyom Əliyev 3-cü olublar. Qadınlar arasında Svetlana Şepeleva (Moldova) hamını qabaqlayıb, Leyla Abidinova və Nataliya Vallek (hər ikisi – Azərbaycan) isə ikinci yerdə başa vurublar.

Həmin kateqoriyadan