Xorvatiyada ehtiyat qüvvəyə fürsət

23-24 apreldə cüdo millisi Xorvatiyanın Dubrovnik şəhərində Avropa kubokunda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, turnirdə 25 ölkədən 243 idmançı qatılacq.

Bu sınaqda bizdən məşqçilər Mehman Əzizovun və Zaur Babayevin rəhbərliyi ilə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü – 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tckayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) çıxış edəcəklər.

.

Həmin kateqoriyadan