Yaponlar karateçimizin olimpiya kəndində paylaşımını yayıblar

Yaponiya encount.press saytı karateçimiz İrina Zaretskayanın olimpiya kəndi haqda Yutub kanalındakı paylaşımını yayıb. Allsport.az xəbər verir ki, orada da yaxşı tanınan Azərbaycan idmançısının keçirdiyi 2-ci gün barədə paylaşımı diqqəti cəlb edib.

İrina səhər tezdən məşqlərə başladığını, çox böyük ərazini əhatə edən olimpiya kəndində açıq havada gəzintidən sonra, məşhur “Budokan” idman sarayında digər azərbaycanlı karateçilərlə məşq etməsi barədə məlumat verib.

Həmyerlimiz Yaponiyada “Brilyant oğlan” adı ilə məşhur olan Rəfael Ağayevin də məşq etdiyi qeyd edilir.

Həmin kateqoriyadan