- Baxış sayı: 46
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu ölkə kubokunun finalında
“Azərsu”nu 29:20 hesabı ilə məyus edib. Görüşdən sonra qalib komandanın ukraynalı legionçusu Yekaterina Voskoboynik allsport.az saytına açıqlamasında bunu deyib:
“Biz səhvlər üzərində çox çalışdıq. Komanda meydançada hər santimetr uğrunda mübarizəyə köklənmişdi. Növbəti hədəf – ölkə çempionluğudur!
Üzərimizdə işləməyi davam edib, əsas oyuna hazırlaşacağıq. Əminəm ki, komandamız hədəfə yetişmək üçün, bütün gücünü ortaya qoyacaq”.