Yeni dünya rekordu

Paris-2024 yay olimpiya oyunlarının üçqat qalibi Sammer Makintoş 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekordu müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, kanadalı üzgüçü 3 dəqiqə 54,18 saniyəyə bu məsafəni qət edib.
Makintoş ən yaxın izləyicisi Ella Yenseni 13 saniyə (4:07.36) qabaqlayıb.

Əvvəlki dünya rekordu dördqat olimpiya çempionu Ariarna Titmusa məxsus idi – 3 dəqiqə 55,38 saniyə.

Həmin kateqoriyadan