Yeni qaydalarla bağlı növbəti seminar Masallıda

Masallıda cüdo məşqçiləri üçün qaydalarında dəyişikliklərlə bağlı seminar olub. Allsport.az saytı xəbər verir ki, respublika dərəcəli hakim Telman Əhmədli ilə yanaşı, Fuad Yolçuyev, Taleh İmanov, Səttar Heybətov, Hüseyn Məmmədov, Mənsur AbbasovVüsal Əliyev tərəfindən keçirilən məşğələdə, məşqçilərlə bərabər, cənub bölgəsinin cüdoçuları da iştirak ediblər.

Təlimdə 12 müddəadan ibarət yenilik haqqında ətraflı məlumat verilib. Həmçinin bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bu gün ACF-in təşkilatçılığı ilə Masallı olimpiya idman kompleksində U-15 yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi başlayıb.

Həmin kateqoriyadan