- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

25-28 sentyabrda Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçuların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi milli üzvü təmsil edəcək.
Oğlanlarda İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Şükran Zamanlı (hər ikisi – 55 kq), Turan Bayramov, Kamran Süleymanov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Hüseyn Məmmədov (+90 kq) tatami üzərinə çıxacaqlar.
Qızlarda Nigar Şəmməmmədova (40 kq), Könül Əliyeva, Gülşən Bəşirova (hər ikisi – 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (+70 kq) yer alıblar.