Yeniyetmə cüdoçular arasında bölgə birincilikləri

Yeniyetmə cüdoçular arasında bölgə birincilikləri

Martdan başlayaraq, aprelin əvvəlinədək (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşadək yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk yarışlar martın 5-də Naxçıvan və Göygöldə olacaq.

Növbəti sınaqlar Mingəçevir (7 mart), Balakən (12 mart), İsmayıllı (14 mart), Qusar (16 mart), Masallı (18 mart) və Sumqayıtda (6-7 aprel) baş tutacaq.
Mükafatçılar mayın 6-8-də Bakıda kiçik yaşlı yeniyetmələrin Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan