Yeniyetmə cüdoçular Qori Avropa Kubokunda iştirak edəcək

Allsport.az xəbər verir ki, Avropa cüdo Bəbirliyinin təqviminə görə 29-30 apreldə Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.

Turnirdə 16 ölkədən 324 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 2 çəki dərəsində 4 cüdoçu ilə təmsil olunacaq. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

Yarışda Azərbaycan cüdo federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

50 kq.
Nəcəf Nəsrullayev
Bahadir Feyzullayev

66 kq.
Cəsur İbadlı
Səlim Sultanov

Həmin kateqoriyadan