- Baxış sayı: 96
- 26 Aprel 2024 20:32
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçuların Avropa kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub, komandamız 1 qızıl və 1 gümüş medal qazanıb.
+90 kq-da Məhəmməd Abdullayev bütün rəqiblərini üstələyib. Adil Kərimli (90 kq) yalnız finalda uduzub. Cəmdə 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanaraq Azərbaycan seçməsi komanda hesabında Avropa kubokunda 1-ci olub.
21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər yarışda ölkəmiz 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub.