- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Qazaxıstanın Aktau şəhərində yeniyetmə cüdoçuların beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu ölkənin xalq qəhrəmanı Ər-Kosay Qudayqulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi yarışda kiçikyaşlılar (2001-2002) mübarizə aparıblar.
Azərbaycan millisi bu rəqabətdə 9 cüdoçu ilə təmsil olunub. Onlardan 3-ü mükafatçılar arasında yer almağa müvəffəq olub. 50 kq-da Sənan Əhmədov rəqib tanımayaraq turnirin qalibi adını qazanıb. Namiq Mirzəliyevlə (42 kq) Nəriman Mirzəyev (50 kq) yalnız finalda uduzublar.