Yeniyetmə cüdoçularımız olimpiya lisenziya yarışında 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıb

Mərakeşdə yeniyetmə cüdoçuların Afrika kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin olimpiadasına lisenziya xalları verib. Komandamız bu sınaqda 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıb.

Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gəliblər.

Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) 2-ci yerlə kifayətləniblər.

Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi – 60 kq) bürünc medala yiyələniblər.

Həmin kateqoriyadan