- Baxış sayı: 42
- 22 Sentyabr 2026 22:18
- Baxış sayı: 246
- Sentyabr 17, 2026
- 0

Sloveniyanın Koper şəhərində yeniyetmə cüdoçuların Avropa kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi çox uğurlu olub.
Azər Məmmədov (50 kq) və Nəriman Mirzəyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aqşin Baxşəliyev gümüş, Kamran Süleymanov (hər ikisi – 50 kq) bürünc medal qazanıb.
İlk günün nəticəsinə görə komandamız ümumi medal hesabında 1-ci pillədə qərarlaşıb.