Yeniyetmə-gənclər “Koreya səfiri kuboku” uğrunda

İyunun 11-də Abşeron olimpiya idman kompleksində taekvondo federasiyasının və Koreyanın ölkəmizdə səfirliyinin təşkilatçılığı ilə yeniyetmə-gənclərin “Koreya səfiri kuboku”na start veriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsi və ustalığının artırılması, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının artırılması və təkmilləşdirilməsi, 2 ölkə arasında idman sahəsi üzrə əlaqələrini inkişaf etdirməkdir.

Həmin kateqoriyadan