Yeniyetmə qızlar dünya birinciliyinə paytaxtda hazırlaşır

Avqustun 8-dən yeniyetmə qızlardan ibarət millimiz təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, ayın 20-nə qədər davam edəcək hazırlıqda məşqçilər Elnur İsmayılovVüqar Hüseynovun rəhbərliyi ilə 16 nəfər qatılıb.

Toplanışında sonuncu U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar bu komandaya kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.

Seçilənlər 24-28 avqustda Bosniya və Hersoqovina paytaxtı Sarayevoda dünya çempionatında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan