“Stresin idarə olunması” mövzusunda təlim

Allsport.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə yeniyetmə qızlardan ibarət yığma komandasının üzvləri üçün “Stresin idarə olunması” mövzusunda təlim təşkil edilib.

Təlimin əsas məqsədi beynəlxalq və yerli yarışlarda iştirak edən idmançıların yarışöncəsi psixoloji hazırlıq səviyyəsinin artırılması və yarış zamanı yaranan çətin vəziyyətlərin idarə olunması, emosional proseslərin, operativ qərarvermə çətinlikləri ilə bağlı yaranan stresli vəziyyətləri idarəetmə bacarıqlarının artırılması, həmçinin bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsindən ibarət olub.

Peşəkar psixoloq, Mindfulness təməlli stres azaltma proqramı (MBSR) mütəxəssisi Zümrüd Əkbərova tərəfindən keçirilən təlimdə yarışlarda cüdoçuların psixoloji hazırlığının vacibliyi haqqında ətraflı məlumat verilib, idmançıların öz psixi sağlamlıqlarına nəzarət və yaxşılaşdırma imkanları müzakirə edilib. Seminar zamanı iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Həmin kateqoriyadan