Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir

Allsport.az xəbər verir ki, 16-19 yanvarda cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir.

Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 100 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 691 (516 oğlan, 175 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 16-18 yanvarda, komanda yarışları isə 19 yanvarda baş tutacaq.

Həmin kateqoriyadan