Yeniyetmələr cüdoçularımız Ukraynanın Ujqorod şəhərində fərqləniblər

Ukraynanın Ujqorod şəhərində yeniyetmələr cüdoçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa məşqçi Məmməd Xudiyevin rəhbərliyi ilə Bakının Nizami rayonundakı 13 saylı idman məktəbinin komandası da qatılıb.

Fuad Nəbiyev (50 kq) və Sabir İsmayılov (66 kq) qızıl medal qazanıblar. Xəyal Abdullayev (55 kq) və Fazil Eyyubov (66 kq) 3-cü yer tutublar.

Oktyabrın 11-də komandamız Azərbaycanın Ukraynadakı elçiliyində olub. Səfir Azər Xudiyev cüdoçularımızı beynəlxalq turnirdə parlaq çıxışları münasibətilə təbrik edib və onlara idman dövləti hesab olunan Azərbaycanın şərəfli adı naminə yeni qələbələr arzulayıb.

Ukraynada fəaliyyət göstərən və Ujqorod beynəlxalq turnirində komandamızın baş sponsoru olan “Alviroad” Azərbaycan şirkətinin rəhbərliyi gənc idmançılara pul mükafatları verib.

Həmin kateqoriyadan