Yeniyetmələrin ölkə çempionatında ilk günün medalçıları

Respublika olimpiya mərkəzində 2003-2004-cü il təvəllüdlü atletlər arasında atletika üzrə Azərbaycan birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yarışların ilk günündə oğlanlar arasında nüvəitələmə yarışında Yusif Nəzərov, üç təkanla tullanmada Cabir Əliyev qalib olub.

Qızlar arasında üç təkanla tullanmada Aysel Mehrəliyeva hamını üstələyib.

Qaçış növlərində oğlanların yarışlarında Aleksey Əliəkbərov (60 metr), Cavid Zeynallı (400 metr) və Mahmud Mehdiyev (1500 metr) 1-ci yeri tutublar. Qızların yarışında isə Bibixanım Qəmbərova (60 metr) qalib adını qazanıb.

Həmin kateqoriyadan