Yeniyetmələrin qitə kubokuna 16 cüdoçu ilə

Mayın 7-də Fransa Nanterre şəhərində yeniyetmə cüdoçuların Avropa kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, 16 ölkədən 300-dən çox idmançının qatılacağı və 2 gün davam edəcək yarışda bizdən 16 nəfər çıxış edəcək.

Bunlar Nurlan Kərimli, Turan Bayramov (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov (66 kq), Məmmədrza Hacızadə, Qədir Hüseynov, Vüsal Qələndərzadə, Ömər Qarayev (73 kq), Ömər Rəcəbli, İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədovdur (+100 kq).

Həmin kateqoriyadan