Rusiya ilə eyni qrupda

Qadın futbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, yığmamız “E” qrupunda yer alıb.

Komandamız Danimarka, Rusiya, Bosniya və Hersoqovina, Malta və Monteneqro ilə görüşəcək.

Seçmə mərhələ 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər keçiriləcək. Avstraliya və Yeni Zellandiya keçiriləcək dünya çempionatı isə 2023-cü il 10 iyul – 20 avqust tarixlərini əhatə edəcək.

Həmin kateqoriyadan