Yığmamızın çalışdırıcısı erməniyə tərif yağdırdı

Millimizin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna müsahibə verib. Allsport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis yığmanın DÇ-2022-nin seçmə mərhələ oyunlarından və Azərbaycanda koronavirusla bağlı vəziyyətən danışıb:

“Martın 24-də Portuqaliya millisi ilə oyuna hazır olacağıq. Daha sonra Qətər və Serbiya milliləri ilə qarşılaşmalıyıq. Bir həftədə 3 oyun keçirəcəyik. Üstəlik, ehtiyatda nə qədər futbolçumuzun olduğunu bilmirik. Hər gün koronavirusa 1000-ə yaxın yolxuma olur. Çoxu yaxşı vəziyyətdədi. Dekabrın 11-dən sərt karantin tətbiq edilir. Bu, yanvarın 18-də başa çatacaq”.

İtaliyalı mütəxəsəsis “Atalanta”ın futbolçusu Papu Qomesin hansı klubda gördüyü ilə bağlı suala cavab verərkən erməni futbolçu Henrix Mxitaryandan da danışıb: “Qomesi harda görəcəyimi bilmirəm. Bu, asan deyil. Məsələn, “Roma”da Mxitaryan var, hansı ki, həmin rolu oynayır. “Yuventus”da bu mövqedə futbolçu çoxdur, “Napoli”də isə İnsinyeni görürəm. “Roma”dakı Mxitaryan qollar vurur, hər kəslə yaxşı münasibətdədir. Təbii ki, buna əlavə olaraq Qomesə sahib olmaq əlavə bir silahdır. Əlbəttə, “Atalanta” oyunçusunu çempionlar liqasına vəsiqə uğrunda mübarizə apardığı əsas rəqibinə satmayacaq”.

Həmin kateqoriyadan