Yığmamızın heyəti 

Fevralın 2-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə yığmanın 9 kişi idmançısı gücünü sınayacaq.

Yarışda ölkəmizi Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcək.

Həmin kateqoriyadan