- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

Oktyabrın 7-də “ABU arena”da həndbol üzrə 25-ci ölkə çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, bu gün yubiley yarışının təntənəli açılışı keçirildi. Tədbirdə çıxış edən Həndbol federasiyasının vitse-prezidenti Orxan Abbasov və Gənclər İdman Nazirliyinin aparıcı mütəxəssisi Rafiq Rzayev əl topunda qazanılan nailiyyətlərdən danışdılar, komandaların sayının ötən illərə nisbətən artdığını qeyd edərək, həndbol həvəskarlarını maraqlı çempionatın gözlədiyini bildiriblər.