Yunan-Roma güləş millimizin dünya kubokunda rəqibləri bilinib

16-17 martda Arazın o tayında yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatması təşkil olunub.

Yığmamız Türkiyə, Belarus və Ukrayna ilə “B” yarımqrupunda; Rusiya, Qazaxstan, İran və Almaniya komandaları “A”da mübarizə aparacaq.

Martın 16-da Abadan şəhərində yarımqrup görüşləri, 17 martda isə final görüşləri keçiriləcək. Xatıqladaq ki, 2015-ci ildə keçirilən eyni yarışda yunan-güləşçilərimiz ilk dəfə dünya kubokunun sahib çıxıb.

Həmin kateqoriyadan