Qaçışçılarımız beynəlxalq turnirdə iştirak edəcəklər

Dekabrın 20-də Volqoqradda 2001-2002-ci illər təvəllüdlü oğlan və qızlar arasında atletika üzrə olimpiya çempionu Tatyana Lebedevanın mükafatları uğrunda XII ənənəvi Ümumrusiya yarışları start götürəcək. Allsport.az xəbər verir ki, turniri Rusiyanın bütün regionlarından, habelə Azərbaycandan 500-dən çox gənc idmançını bir araya gətirəcək.

İdmançılar qaçış üzrə beş yarışda – 60 metr, 400 metr, 1000 metr, maneələrlə 60 metr məsafəyə və 4×200 metr qarışıq estafet yarışlarında mübarizə aparacaqlar.

Bundan əlavə, hündürlüyə tullanma əlbəttə, Olimpiya oyunları çempionu medalçısı Tatyana Lebedevanın uzun illər tayı-bərabəri olmadığı üç təkanla tullanma və uzunluğa tullanma yarışları keçiriləcək.

Həmin kateqoriyadan