Yusif Əhmədovdan 2-ci yer

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdoçuların mükafat yarışı başlayıb.

Allsport.az saytı xəbər verir ki, ilk mübarizə günündə 60 kq-da Yusif Əhmədov inamlı təsir bağışlayıb. O, finala qədər irəliləyib, həlledici görüşdə Ukrayna təmsilçisi Dilşad Xalmatova yenilib.

Avqustun 18-ində tatami üzərinə çıxan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Nazir Talıbov (60 kq), Kəramət Hüseynov və Kamran Süleymanov (hər ikisi – 66 kq) medalsız qalıblar.

Bunlardan ən yaxşı nəticə adı 4-cü çəkilən idmançımızda olub. Kəramət 7-ci yer tutub, 182 xal qazanıb.

Həmin kateqoriyadan