Zaqatala cüdoçuları üçün əlamətdar gün

Zaqatalada Cüdo federasiyasının təlim-məşq mərkəzi fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, çıxış edənlər ölkəmizdə olimpiya hərəkatı və idmanın sürətli inkişafını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar qazandıqları uğurlardan söhbət açıblar.

Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən zalda həm bu şəhərdən, həm də ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Həmin kateqoriyadan