- Baxış sayı: 40
- 25 Aprel 2024 11:00
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
15-17 iyulda Xorvatiya paytaxtı Zaqreb cüdo üzrə qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 71 ölkədən 570-dən çox idmançının iştirakı planlaşdırılıb. Azərbaycanı 14 kimono ustası təmsil edəcək.
Bunlar Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Said Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauridir (+100 kq).
Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) mübarizə aparacaqlar.