Zaur Paşayevin komandası Gürcüstan Superliqasında «Rustavi»ni böyük fərqlə üstələyib

Zaur Paşayevin komandası Gürcüstan Superliqasında «Rustavi»ni böyük fərqlə üstələyib

Bu gün millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi» klubu Gürcüstan Superliqasının 10-cu turunda evdə «Rustavi» ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, legionçumuzun komandası rəqibini 91:67 hesabıyla qalib gəlib.

Bu görüşdə həmyerlimiz 2 xal qazanıb; 5 ötürmə verib və 4 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 18 xalla (+8-2) 2-ci yerdədir.

Həmin kateqoriyadan