Zirədə yeni cüdo zalı istifadəyə verilib

Allsport.az saytı xəbər verir ki, ACF-in vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, Zirə idman kompleksinin direktoru Vüsal Məmmədov, Zirə qəsəbəsinin nümayəndələri və digər rəsmi şəxslər cüdo zalında yaradılan şərait ilə tanış olublar.

ACF tərəfindən yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 210 m2 təşkil edir və bir “dojo” (cüdo məşq zalı) var. Qurğuda bütün zəruri şərait təmin edilib, Beynəlxalq cüdo federasiyasının rəsmi təchizatçısı olan “Tayşan” firmasının tatamiləri ilə təchiz olunub.

İndiyə qədər Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan raypnu Ağalı kəndi, Sabirabadda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 80-dən çox cüdo idman zalına 4000-dən çox tatami paylayb.

Həmin kateqoriyadan