“Zirə”nin mozambikli futbolçusu COVİD-19-a yoluxub

“Zirə”nin futbolçusu Klesiu Bauk koronavirusa yoluxub.

Allsport.az saytı xəbər verir ki, Mozambik yığmasının düşərgəsində olan 26 yaşlı yarımmüdafiəçinin testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 üzvündə virus aşkarlanıb.

Mozambik dünən Afrika millətlər kubokunda Kameruna 0:2 yenilib. COVİD-19 üzündən həmin futbolçular görüşdə iştirak etməyiblər.

Həmin kateqoriyadan