“Zirvə-Astara” Polşada 1/4 finala qədər irəliləyib

“Zirvə-Astara” FİBA-nın təşkilatçılığı ilə 3×3 basketbolu üzrə dünya turunda çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız bu dəfə Polşada mübarizə aparıb.

“A” qrupunda bizimkilər maksimum nəticə göstəriblər. İlk matçda “Kottrans 2”-yə 21:17, sonra “Uorriors”a 21:16, ardınca “SKY TATTOO Radom” 21:17, “U23 Two”-ya 21:19, “Wine Market&Greg-FIN”-ə isə 16:14 qalib gələrək 1/4 finala çıxıb.

Təəssüf ki, bu mərhələdə “Wild Cats”ə 12:21 hesabı ilə məğlub olan komandamız mübarizəni dayandırıb.

Həmin kateqoriyadan