- Baxış sayı: 50
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

“Zirvə-Astara” FİBA-nın təşkilatçılığı ilə 3×3 basketbolu üzrə dünya turunda çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, komandamız Xorvatiyada keçirilən mərhələdə “C” qrupunda yer alıb.
“Nyu Strit Boyz” və “Rey Çarlz”a qalib gələn bizimkilər 1/4 finala yüksəlib. və burada “Drvoysyeçe”i 21:10 üstələyib. Yarımfinalda “Spalato A2” ilə üz-üzə gələn “Zirvə Astara” 11:21 hesabı ilə məğlub olub. Ancaq 3-cü yer uğrunda qarşılaşmada komandamız “Tesla”nı 21:19 məyus edib.
“Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.