“Zirvə”nin basketbolçusu: “Atom”u da üstələyib, ilk dövrəni çempion başa vurmaq istəyirik

Bu gün AzTU-nun idman sarayında superliqasının 6-cı turunda Astaranın “Zirvə” klubu qızıl medala digər iddialı paytaxt “Atletik”ini 73:61 üstələdi. Görüşdən sonra qalib komandanın aparıcı basketbolçusu Zaur Paşayev allsport.az saytına bunu dedi:

“Başlanğıc əla alınıb. Allahın köməkliyi ilə yola davam edəcəyik. Növbəti turda bizi addım-addın izləyən “Ayom”la qarşılaşacağıq. Onlara da qalib gəlsək, dövrəni çempion qalib bitirəcəyik.

Ola bilsin, yanvarda daha güclənək və komandaya növbəti qara dərili qoşulsun. Rəhbərlik bizə güvənir. Superliqanı 1-ci yerdə bitirsək, avrokubokda çıxış edəcəyik. Belə bir niyyət var. Çünki basketbolda canlanma yaranıb. Onda daha güclənə bilərik”.

Həmin kateqoriyadan