“Əgər bunu etməsəydik, çox çətin ola bilərdi“

Azərbaycan millisi Avro-2024-ün seçməsində səfərdə Estoniyaya 2:0 qalib gəlib. Allsport.az xəbər verir ki, baş məşqçimiz Canni de Byazi mətbuat konfransında bunu deyib:

“Oyuna yaxşı başladıq, erkən dəqiqədən qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan.

Əgər bunu etməsəydik, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Əmrəlini sarı vərəqələri olduğu üçün əvəzlədim”.

Həmin kateqoriyadan