“Əlimizdən gələni edəcəyik”

Dünya Kubokunun seçməsində sabah Lüksemburq – Azərbaycan oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu deyib:

“Sabah qrupda 3-cü oyunumuzu keçirəcəyik. Çox vacib qarşılaşmadır. İlk 2 oyunumuz qrupun ən güclü komandalarına qarşı olub. Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Əlimizdən gələni edəcəyik.

Fikirləşirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik.Bir gündə hər şeyi dəyişmək olmaz. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Komandamız getdikcə daha da inkişaf edir.

Yığma meydanda xarakter göstərsə, qalib gələ bilərik. Rəqibin heyətində xeyli sayda legionçu var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq”.

Həmin kateqoriyadan