Əmrəlinin qiyməti artıb

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin transfer dəyərində dəyişiklik olub.

Allsport.az xəbər verir ki, bu barədə “transfermarkt.ru” portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib. Əmrəli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür.

Mahir Əmrəli “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb. Onun əvvəlki qiyməti 1 milyon avro olub. 

Həmin kateqoriyadan